Azərbaycanda 4 koronavirus xəstəsi sağaldı

Azərbaycanda 4 koronavirus xəstəsi sağaldı

Bu barədə Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb

"Azərbaycan Respublikasında koronavirus infeksiyasına yoluxduğu müəyyən edilmiş 4 nəfər xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalmış və evə buraxılıblar."

Rasthaber Azərbaycan xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında operativ qərargahın məlumatında deyilir.

Məlumatın davamında deyilir: "Hazırda Azərbaycanda 23 nəfər aktiv koronavirus xəstəsi xüsusi rejimli xəstəxanalarda həkim nəzarəti altındadır, onların müalicəsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir.

Koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu və virusun geniş yayılma sürətini nəzərə alaraq, vətəndaşlarımızı Ümumdünya Səhiyyə Təşkilatı və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə riayət etməyə çağırırıq."

Xatırladaq ki, Azərbaycanda 34 nəfərin koronavirus infeksiyasına yoluxduğu müəyyən edilmişdi. Onlardan 10 nəfəri müalicə olunaraq sağalıb, bir qadın isə dünyasını dəyişib.

Xəbəri paylaş

VİDEOLAR