Azərbaycana 250 milyon kredit ayrılacaq

Azərbaycana 250 milyon kredit ayrılacaq

Kredit Asiya İnkişaf Bankından götürüləcək

iya İnkişaf Bankı (AİB) koronavirus pandemiyasının tibbi, sosial və iqtisadi fəsadlarının yumşaldılması üzrə kompleks planın reallaşdırılmasına dəstək məqsədilə Azərbaycana 250 milyon dollar məbləğində kreditin ayrılmasına razılıq verib.

Rasthaberin məlumatına görə, bunu AİB-in prezidenti Masatsuqu Asakava deyib.

Onun sözlərinə görə, COVID-19 pandemiyasının fəsadları Azərbaycanın iqtisadiyyatın inkişafı və yoxsulluğun azaldılması sahəsində əldə etdiyi nailiyyətləri heçə endirə bilər:

"AİB əvvəlki kimi Azərbaycana dəstək göstərməyə hazırdır və bu proqram hökumətə pandemiya ilə mübarizə üzrə tədbirləri davam etdirməyə, əhalinin həssas təbəqəsinin müdafiəsinə və iqtisadiyyatın bərpasının əsasını qoymağa imkan verəcək".

Bank prezidenti bildirib ki, pandemiya dövründə məhdudiyyətlər ticarətin, turizmin, pul köçürmələrinin və istehlakçı tələbinin azalmasına gətirib çıxarıb, bununla yanaşı isə qlobal iqtisadi azalma ilə əlaqədar neft gəlirləri azalıb:

"Bankın COVID-19-a çevik reaksiyası və xərclərin dəstəklənməsi üzrə proqramı səhiyyə, sosial müdafiə və makroiqtisadi sabitlik sahələrində hökumətin cari işlərinə büdcə dəstəyini təmin edəcək".

Xəbəri paylaş

VİDEOLAR