Azərbaycan və qonşularının koronavirus statistikası, ölüm və sağalma faizləri

Azərbaycan və qonşularının koronavirus statistikası, ölüm və sağalma faizləri

Koronavirusla bağlı Azərbaycan və qonşu ölkələrdə ümumi vəziyyət qənaətbəxş sayılsa da, ən ağır durum Rusiya və Ermənistandadır

Rasthaber Azərbaycanİslamazeri -yə istinadən xəbər verir ki, dünyada pandemiya elan olunan koronavirusa yoluxan ölkələrdə karantin qaydaları yumşaldılmaqdadır. Buna səbəb yoluxma dinamikasının aşağı düşməsi və sağalanların sayının artmasıdır.

Bu gün sizə, Azərbaycan və qonşu ölkələrdəki vəziyyət, sağalma faizlərini təqdim edəcəyik:

1. Azərbaycan yoluxma sayı 3274, ölənlərin sayı 39 (yoluxanların 1 faizi ölüb) , sağalanların sayı 2,015 - yoluxanların  62 faizə yaxını sağalıb

2. Rusiya  yoluxma sayı 290,678, ölənlərin sayı 2,722 (yoluxanların  1 faizindən az insan ölüb), sağalanların sayı 70209 - yoluxanların  24 faizindən çoxu sağalıb

3. İran yoluxma sayı 120,198, ölənlərin sayı 6,988 (yoluxanların 6 faizə yaxını ölüb) , sağalanların sayı 94,464 - yoluxanların  79 faizə yaxını sağalıb.

4. Türkiyə yoluxma sayı 149,435, ölənlərin sayı 4140 (yoluxanların 3 faizə yaxını ölüb) , sağalanların sayı 109,962 - yoluxanların  74 faizə yaxını sağalıb.

5. Gürcüstan yoluxma sayı 701, ölənlərin sayı 12 (yoluxanların 2 faizə yaxını ölüb) , sağalanların sayı 432 - yoluxanların  62 faizə yaxını sağalıb.

6. Ermənistan yoluxma sayı 4,823, ölənlərin sayı 61 (yoluxanların 2 faizə yaxını ölüb) , sağalanların sayı 2019 - yoluxanların  42 faizə yaxını sağalıb.

Xəbəri paylaş

VİDEOLAR