Azərbaycan və İran rəsmiləri Gorus-Qafan yolundakı vəziyyəti müzakirə ediblər

Azərbaycan və İran rəsmiləri Gorus-Qafan yolundakı vəziyyəti müzakirə ediblər

İran səfiri Seyid Abbas Musəvi Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevlə görüşüb.

Rasthaber Azərbaycan xəbər verir ki, bu barədə İranın Azərbaycandakı Səfirliyi məlumat yayıb.

Bildirilib ki, görüşdə bölgədəki cari dəyişikliklər, xüsusilə də Azərbaycanla Ermənistan arasındakı sərhəd bölgələrindəki yeni vəziyyət və Gorus-Qafan yolunda yeni nəqliyyat şəraiti və digər əlaqəli mövzular müzakirə olunub.

Xəbəri paylaş

VİDEOLAR