Azərbaycan və İran birgə hərbi təlim keçirir

Azərbaycan və İran birgə hərbi təlim keçirir

Azərbaycanda keçirilən “Araz-2025” birgə təliminə İran İslam Respublikasından cəlb olunan heyətin rəhbəri və digər iştirakçılar ölkəmizə səfər edib.

Az.rasthaber.com xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat verib.

Hər iki ölkənin təlim rəhbərləri və digər yüksək səviyyəli üzvləri arasında görüş keçirilib.

Görüşdə təlimin məqsədi, ssenarisi və keçiriləcəyi ərazi, hazırlıq prosesi, təhlükəsizlik qaydaları, həmçinin müxtəlif mərhələlər üzrə icra olunacaq tapşırıqlar barədə brifinq təqdim olunub.

Qeyd edək ki, “Araz – 2025” birgə təlimi işğaldan azad edilmiş ərazilərimizdə mayın 21-dək davam edəcək.

 

 

 

 

Xəbəri paylaş

VİDEOLAR