Azərbaycan səhiyyə naziri vəzifəsindən azad edildi

Azərbaycan səhiyyə naziri vəzifəsindən azad edildi

Oqtay Şirəliyev vəzifəsindən azad edilib

Prezident İlham Əliyev O.K.Şirəliyevin Azərbaycan Respublikasının səhiyyə naziri vəzifəsindən azad edilməsi haqqında Sərəncam verib.

Rasthaber xəbər verir ki, Sərəncamla Oqtay Kazım oğlu Şirəliyev Azərbaycan Respublikasının səhiyyə naziri vəzifəsindən azad edilir.

Digər sərəncamla Teymur Yusif oğlu Musayev Azərbaycan Respublikası səhiyyə nazirinin birinci müavini təyin edilib.

Dövlət başçısının digər Sərəncamı ilə Azərbaycan Respublikası səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti səhiyyə nazirinin birinci müavini Teymur Yusif oğlu Musayevə verilib.

Xəbəri paylaş

VİDEOLAR