Azərbaycan səfirliyinə hücum edən şəxslə bağlı qisas hökmü təsdiqləndi

Azərbaycan səfirliyinə hücum edən şəxslə bağlı qisas hökmü təsdiqləndi

Məhkəmə Sisteminin sözçüsü deyib: “Azərbaycan səfirliyinə hücum edən şəxsə verilən qisas hökmü təsdiqlənib.”

Az.rasthaber.com xəbər verir ki, Əsğər Cahangir çərşənbə günü 18-ci mətbuat konfransında Azərbaycan səfirliyinə hücumun səbəbkarının işinin son durumu ilə bağlı suala cavab olaraq deyib: “Hökm çıxarıldıqdan sonra iş Ali Məhkəmədə təsdiqlənib və adıçəkilən şəxs qisas cəzasına məhkum edilib. İş, icrası üçün Tehranın Cinayət Cəzalarının İcrası Departamentinə göndərilib. Qan sahibləri müraciət etsələr və qisas tələb olunan kimi növbəti addımlar atılacaq.”

27 yanvar 2023-cü il bir hücumçu  Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə Kalaşnikov silahı ilə hücum etdi və bu, səfirliyin təhlükəsizlik əməkdaşının ölümünə səbəb oldu.

Xəbəri paylaş

VİDEOLAR