Azərbaycan PUA heyətləri təlim-məşq uçuşları yerinə yetirir - VİDEO

Azərbaycan PUA heyətləri təlim-məşq uçuşları yerinə yetirir - VİDEO

2020-ci ilin döyüş hazırlığı planına uyğun olaraq müxtəlif təyinatlı pilotsuz uçuş aparatları (PUA) heyətləri təlim-məşq uçuşları yerinə yetirir.

Azərbaycan Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci ilin döyüş hazırlığı planına uyğun olaraq müxtəlif təyinatlı pilotsuz uçuş aparatları (PUA) heyətləri təlim-məşq uçuşları yerinə yetirir.

Rasthaber Azərbaycan xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Təlim prosesində heyətlər əməliyyat-taktiki biliklərini artırır, ən müasir trenajorlarda praktiki vərdişlərini təkmilləşdirirlər.

PUA heyətləri şərti düşmənin müdafiəsinin dərinliyindəki hədəfləri vaxtında və dəqiq aşkar etməklə qarşıya qoyulan tapşırıqları icra edirlər.

Xəbəri paylaş

VİDEOLAR