Azərbaycan Prezidentinin bu ilin sonuna qədər İrana səfəri gözlənilir

Azərbaycan Prezidentinin bu ilin sonuna qədər İrana səfəri gözlənilir

İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvinin sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev bu ilin sonuna qədər İrana səfər edəcək.

Az.rasthaber.com xəbər verir ki, səəfirin sözlərinə görə, İranın iqtisadiyyat nazirinin Bakıda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının iqtisadiyyat nazirlərinin toplantısında iştirak etməsi nəzərdə tutulub. Təbii ki, gündəmdə başqa proqramlar da var ki, onlar təsdiqlənən kimi açıqlanacaq.

O qeyd edib ki, İqtisadiyyat Nazirliyi ilə əlaqəli şəkildə bəzi İran şirkətləri işğaldan azad edilmiş ərazilərdə işə başlamaq üçün hazırlıqlarını yekunlaşdırmaqdadır və tezliklə işə başlayacaqlar. Ancaq gözləntilərimiz bundan artıqdır. İran şirkətlərinin keyfiyyəti və rəqabət qabiliyyəti yüksəkdir.

Xatırladaq ki, iyul ayında İran prezidenti Seyid İbrahim Rəisi mətbuat nümayəndələrinə açıqlamasında deyib ki, İranla Azərbaycan arasında münasibətlərin yüksələn xətlə inkişaf etməsi regionda səmərəli əməkdaşlığa səbəb olacaq.

Xəbəri paylaş

VİDEOLAR