Azərbaycan Ordusunun əsgəri bədbəxt hadisə nəticəsində vəfat edib

Azərbaycan Ordusunun əsgəri bədbəxt hadisə nəticəsində vəfat edib

Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Məmmədli Davud Fuad oğlu xidmətdə olarkən baş vermiş bədbəxt hadisə nəticəsində vəfat edib.

Az.rasthaber.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, faktla bağlı araşdırma aparılır: "Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.

Allah rəhmət eləsin!"

Qeyd edək ki, əsgərin ildırım vurması nəticəsində vəfat etdiyi bildirilir.

Xəbəri paylaş

VİDEOLAR