Azərbaycan Ordusu şəhid verdi, son mənzilə yola salınır - VİDEO

Azərbaycan Ordusu şəhid verdi, son mənzilə yola salınır -  VİDEO

Azərbaycan Ordusunun hərbi qulluqçusu Ələsgərov Seymur Eldar oğlu şəhid olub.

Fevralın 15-də Ermənistan silahlı qüvvələri cəbhə xəttində atəşkəs rejimini  pozması nəticəsində,Azərbaycan Ordusunun hərbi qulluqçusu Ələsgərov Seymur Eldar oğlu şəhid olub.

Bu barədə Müdafiə nazorliyinin mətbuat xıdməti xəbər verib.

Fevralın 15-də Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttində atəşkəs rejimini pozması nəticəsində şəhid olan Azərbaycan Milli Ordusunun giziri, Seymur Ələsgərovun Gəncə şəhərində dəfn mərasimi keçirilir.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, Gəncə şəhər sakini, 1990-cı il təvəllüdlü Ələsgərov Seymur Eldar oğlunun dəfn mərasimi başlayıb.

Mərasimdə şəhidin yaxınları, komandirləri, döyüş yoldaşları, Gəncə şəhər icra hakimiyyətinin nümayəndələri, idarə rəhbərləri, polis və prokurorluq orqanlarının əməkdaşları, həmçinin şəhər sakinləri iştirak edir.

Qeyd edək ki, şəhid S.Ələsgərov ailəli olub və 9 aylıq oğlu var.

S.Ələsgərov Gəncə şəhər Şəhidlər Xiyabanında dəfn olunacaq.

Xəbəri paylaş

VİDEOLAR