CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti avqustun 24-də 70,12 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2 dollar/barel çoxdur.
Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 69,44 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 66,73 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,02 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 70,89 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,95 dollar/barel çoxdur.