Azərbaycan və İran arasında energetika sahəsində ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib.
Rasthaber İran mediasına istinadən xəbər verir ki, Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov ilə İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi arasında videokonfrans formatında görüş keçirilib.
Görüşdə azərbaycanlı nazir hazırda İranla birgə həyata keçirilən layihələr, onların icra vəziyyəti və görülən işlər barədə fikirlərini bildirib, illərdir davam edən uğurlu əməkdaşlığa səfir Seyid Abbas Musəvinin töhfə verəcəyinə əminliyini ifadə edib.
Sonra İranla neft-qaz, elektroenergetika sahələrində əməkdaşlığın mövcud vəziyyəti, birgə layihələrin icrası və digər məsələlər müzakirə olunub.