Dövlət Statistika Komitəsi açıqlayıb
İlin əvvəlindən ölkə üzrə əhalinin sayı 71688 nəfər və ya 0,7 faiz artaraq, 2019-cu il noyabr ayının 1-i vəziyyətinə 10053145 nəfərə çatıb.
Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Qeyd edilir ki, əhalinin 52,8 faizini şəhər, 47,2 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Əhalinin bir kvadrat kilometrə düşən sayı 116 nəfər olub.