Azərbaycan zəlzələlərdən zərər çəkən Albaniyaya 500 min avro məbləğində əlavə yardım göstərəcək.
Rasthaber Azərbaycan xəbər verir ki, bunu Azərbayanın xarici işlər naziri Elmar Məmmədyarov Brüsseldə açıqlayıb.
Xəbər verildiyi kimi, 2019-cu ilin dekabr ayında Azərbaycan prezidenti İlham Əliyev Albaniyaya 500 min avro məbləğində yardım ayırmağı tapşırıb.
Qeyd edilir ki, Azərbaycan təfindən Albaniyaya göstərilən yardımın ümumi həcmi 1 milyon avro olacaq.
Dünən Brüsseldə keçirilən Aİ-nin donor konfransında Albaniyada baş verən güclü zəlzələnin nəticələrinin aradan qaldırılması məqsədilə maliyyə dəstəyi qismində 1,15 milyard avro məbləğində vəsait yığılıb.
2019-cu il noyabrın sonunda Albaniyada 6,4 bal gücündə zəlzələ baş verib.