AZAL Ankara və İstanbula uçuşları dayandırdı

AZAL Ankara və İstanbula uçuşları dayandırdı

“Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakıdan Türkiyənin İstanbul və Ankara şəhərlərinə uçuşları müvəqqəti dayandırır.

Rasthaber Azərbaycan xəbər verir ki, bu barədə AZAL-ın prezidentinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Paşa Kəsəmənski bildirib. 

Onun sözlərində görə, Bakı-İstanbul-Bakı (J2175/176) 29 aprel 2021-ci il – 16 may 2021-ci il tarixlərinə və Bakı-Ankara-Bakı (J2 103/104) 29 aprel 2021-ci il – 13 may 2021-ci il tarixlərinə olan reyslər ləğv edilir.

Bununla yanaşı, Bakı-Antalya-Bakı (J2 125/126) 12 may 2021-ci il tarixli reysi də ləğv olunub.

Qeyd edək ki, buna səbəb sərnişin axınının aşağı olmasıdır.

Alternativ kimi sözügedən tarixlərə olan aviabiletləri “Türk Hava Yolları”nın biletlərinə dəyişmək olar. AZAL-ın qeyd olunan reyslərə satılan aviabiletlərin cərimə tətbiq olunmadan istənilən tarixlərə dəyişdirmək və ya qaytarmaq mümkündür.

Xəbəri paylaş

VİDEOLAR