29.01.2020 09:40:28
Heydər Əliyev adına Beynəlxalq Hava Limanının açıqlamasında deyilir
"Azərbaycan Hava Yolları" QSC (AZAL) fevralda Bakıdan ABŞ-ın Nyu-York şəhərinə uçuş həyata keçirməyəcək.
Bu barədə Heydər Əliyev adına Beynəlxalq Hava Limanından bildirilib.
Məlumata görə, fasiləyə səbəb bu istiqamətdə aviareysə tələbatın az olmasıdır.
ABŞ-a uçuşlar martdan bərpa ediləcək.