Ara Ayvazyan bu gün Moskvada RF-nin xarici işlər naziri Sergey Lavrovla görüşündə bu haqda danışıb
Rasthaber Azərbaycan İnterfaksa istinadən xəbər verir ki, Ermənistanın xarici işlər naziri Ara Ayvazyan bu gün Moskvada RF-nin xarici işlər naziri Sergey Lavrovla Qarabağla bağlı üçtərəfli bəyanatların icrasına həsr olunmuş görüşdə Azərbaycandakı erməni əsirlərin tezliklə qaytarılmasının vacibliyini bir daha bəyan edib.
Tərəflər Qarabağa dair 9 noyabr və 11 yanvar tarixli üçtərəfli bəyanatların müddəalarının həyata keçirilməsi prosesi barədə fikir mübadiləsi aparıblar. Ayvazyan Dağlıq Qarabağda humanitar vəziyyətin yaxşılaşdırılması istiqamətində Rusiya tərəfinin səylərini yüksək qiymətləndirib.
"Həmçinin ATƏT-in Minsk qrupu çərçivəsində münaqişənin sülh yolu ilə həllinə dair danışıqların bərpası məsələləri də görüşün gündəliyində olub", - deyə Ermənistan XİN-dən bildiriblər.