Ayətullah Xameneinin zindan və sürgün xatirələri kitabı Türkiyədə nəşr edilib

Ayətullah Xameneinin zindan və sürgün xatirələri kitabı Türkiyədə nəşr edilib

İran İnqilab rəhbəri Seyyid Əli Xameneinin həbsxanalardan və sürgünlərdən xatirələrini özündə cəmləşdirən kitabı türkcə tərcümə edilərək, nəşr olunub.

Rasthaber xəbər verir ki, Muhammed Ali Azerşebin "Zindan və sürgün xatirələri" kitabı "Aikut Pazar Başı"nın tərcüməsi ilə 232 səhifədə və min nüsxədə Feta nəşrləri tərəfindən çap edilib və Türkiyə kitab bazarlarına çıxarılıb.

Tərcümə edilmiş bu kitabın arxa üzündə yazılıb: "Əlinizdə olan bu kitab avtobioqrafik bir əsərdir ki, onda Ayətullahul-üzma Seyid Əli Xameneinin enişli-yoxuşlu həyatının bir hissəsi öz dilindən nəql edilir".

"Zindan və sürgün xatirələri"  kitabı bundan əvvəl "Ləl Olan Ürək Qanı" adı ilə Beyrutda ərəb dilində nəşr edilmiş, farsca "İnnə Məəs-Səbri Nəsra" kitabının farsca tərcüməsidir.

Xəbəri paylaş

VİDEOLAR