Ayətullah Xameneinin Ərdəbil nümayəndəsi: Ermənistanın etdiyi cinayətdir

Ayətullah Xameneinin Ərdəbil nümayəndəsi: Ermənistanın etdiyi cinayətdir

Ayətullah Xameneinin Ərdəbil vilayətindəki nümayəndəsi Ermənistanın hücumlarını pisləyib

Rasthaber Azərbaycan Trend-ə istinadən xəbər verir ki, bu haqda  IRIB məlumat verib.

"Ermənistan silahlılarının Azərbaycan ordusunun mövqelərini atəşə tutması və azərbaycanlı hərbçiləri şəhid etməsi cinayətdir.", - bunu İranın dini lideri Ayətullah Əli Xameneinin İranın şimal-qərbində yerləşən Ərdəbil vilayətindəki nümayəndəsi Ayətullah Seyid Həsən Amili deyib.

H.Amilinin sözlərinə görə, Ermənistan tərəfi yanlış yolu seçib və buna görə də regional və beynəlxalq dairələr onun cinayətini qınayırlar.

Amili əlavə edib ki, İran xalqı və dövləti həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və bütün regional və beynəlxalq dairələrdə Azərbaycanın işğal olunmuş 20% ərazisi, o cümlədən Dağlıq Qarabağın geri qaytarılmasının vacib olduğunu qeyd edib.

İranın dini liderinin nümayəndəsi şəhidlərə görə Azərbaycan xalqına başsağlığı verib.

Xəbəri paylaş

VİDEOLAR