Ayətullah Xameneinin Putinə göndərdiyi məktubun detalları

Ayətullah Xameneinin Putinə göndərdiyi məktubun detalları

İran İslam Şurası Məclisi sədrinin beynəlxalq məsələlər üzrə xüsusi köməkçisi İslam İnqilabının Böyük Rəhbərinin Rusiya prezidentinə strateji məktubundan detalları açıqlayıb.

Rasthaber Azərbaycan xəbər verir ki, Hüseyn Əmir Abdullahiyan İslam İnqilabının Rəhbərinin Rusiya prezidentinə olan məktubuna işarə ilə deyib: "Mütəfəkkir və ekspertlərdən biri kimi, dünya siyasətləri və beynəlxalq əlaqələr həndəsəsindən düzgün dərkə malik olan Həzrət Ayətullahuluzma Xameneinin baxışları bu sahə üzrə mütəfəkkirlərin diqqət mərkəzində duracaq."

"O həzrət tərəfindən beynəlxalq mühitdə cızılan yol xəritəsi yeni dünya sisteminin formaya salınmasında yeni ideyalar kimi izlənilir. İslam İnqilabının Böyük Rəhbəri vurğulayırlar ki, xarici siyasətdə müvazinətli şəkildə hərəkət etmək lazımdır, yəni istiqlaliyyəti qorumaq üçün həm "Nə Şərq, Nə Qərb" siyasətinə əməl etməliyik, həm də bütün dünya ilə xarici əlaqələri qoruyub saxlamalıyıq. İran parlamenti sədrinin Moskva səfərinin vaxtının/ yeni kirayəneşinlərin Ağ Ev-də daxil olduqları bir zaman kəsiyində seçilməsi, bu mesajı İranın müttəfiqlərinə verir ki, İran İslam Respublikası bundan artıq Ağ Ev-in nüvə anlaşmasındakı oyununu oturub gözləməyəcək.", - deyə Hüseyn Əmir Abdullahiyan bildirib.

Sözlərinin davamında İran İslam Şurası Məclisi sədrinin beynəlxalq məsələlər üzrə xüsusi köməkçisi deyib: "Ayətullah Xameneinin Putinə mesajının mühüm və dəqiq cəhətləri var idi və yeni beynəlxalq münasibətlərə əsasən, iki ölkənin stabil və strateji münasibətlərinin möhkəmləndirilməsi istiqamətində ruslar üçün mühüm idi."

İran İslam Şurası Məclisinin sədri, İslam İnqilabının Rəhbərinin müraciətinin Rusiya prezidenti Vladimir Putinə təqdim edilməsi üçün onu bazar ertəsi günü Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinə təhvil verib.

Xəbəri paylaş

VİDEOLAR