İran İslam İnqilabının Rəhbəri Ayətullah Xameneinin müşaviri Əli Əkbər Vilayəti deyib: İran İslam Respublikası məzlum Fələstin xalqının yanındadır və biz onlara mənəvi dəstək verməyə davam edəcəyik.
Az.rasthaber.com xəbər verir ki, İran İslam İnqilabının Rəhbəri Ayətullah Xameneinin müşaviri Əli Əkbər Vilayəti Tehranda HƏMAS-ın nümayəndəsi Xalid Qədumi ilə görüşündə Fələstin müqavimətinin son qələbələrindən şad olduğunu bildirib və təbriklərini çatdırıb. Həmçinin müqavimət hərəkatını yekun qələbəyə nail olmaq üçün doğru yol kimi qiymətləndirib.
Əli Əkbər Vilayəti bu açıqlamaları verib:
“Əməliyyatın sürəti həqiqətən təqdirəlayiq idi və düşmənləri təəccübləndirən böyük bir hərəkət idi. İran İslam Respublikası məzlum Fələstin xalqının yanındadır və bizim onlara mənəvi dəstəyimiz davam edəcək. Ayətullah Xamenei Fələstin məsələsində çox ciddidir və siz bütün gücünüzlə irəli getməlisiniz və biz bilirik ki, sizin bu hərəkətiniz qalan İslam və Ərəb ölkələrinin sizə tərəf gəlməsinə səbəb olacaq və bu gün gördüyünüz kimi İslam Dünyası sizə dəstək olmaq üçün birləşib.
Başınızı dik tutacaqsınız və qalib gələcəksiniz, bu, dəqiq bir prinsipdir. Fələstin müqavimət cəbhəsinin bütün liderlərini və bütün döyüşçülərini salamlayır və təbrik edirəm. Biz Fələstini zalımla mübarizənin mərkəzi görürük və Fələstinə möhkəm addım atan İslam yolunda möhkəm addım atan deməkdir".