Ayətullah Xameneidən koronavirusla bağlı tövsiyə

Ayətullah Xameneidən koronavirusla bağlı tövsiyə

İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei "Ağac əkmə günü" münasibətilə iki ağac əkib.

Rasthaber Azərbaycan xəbər verir ki, İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei "Ağac əkmə günü" münasibətilə iki ağac əkib.
Ondan sonra o koronavirusla bağlı bəzi məsələlərə toxunub.
"Keçən il bayram tətilində, xalqımız bütün tövsiyələrə əməl edərək böyük fəlakəti ölkədən uzaqlaşdırdı. Ancaq bu il təhlükə daha kütləvi hal alıb. Ümumiyyətlə bu il hər kəsin tövsiyələrə əməl etməsi lazımdır.", -deyə Ayətullah Xamenei  qeyd edib.
Ayətullah Xamenei sonra deyib: "Koronavirusla mübarizə qurumunun bu mövzudakı tövsiyələri diqqətə alınmalıdır. Səyahət qadağan edilərsə, xalqımız səyahət etməsinlər. Mən də qəti olaraq keçən il olduğu kimi bu il də səyahət etməyəcəyəm."
Koronavirusun təsirlərinə işarə edən İslam İnqilabı Rəhbəri "Emidemiyanın yayılması davam edərsə, xalqın dolanışığında problem artacaq, bu pandemiyanın tez bir zamanda yox olması üçün hər kəsin vəhdət və birliyi böyük önəm daşıyır.", -deyə əlavə edib.

Xəbəri paylaş

VİDEOLAR