Ayətullah Xameneidən İranın nizam-intizam qüvvələri işçilərinə mesaj

Ayətullah Xameneidən  İranın nizam-intizam qüvvələri işçilərinə mesaj

İran İslam Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı İranda nizam-intizam qüvvələri həftəsi münasibətilə verdikləri müraciətdə bu qüvvələrin işçilərinin zəhmətləri və səylərini yüksək qiymətləndirib

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, İran İslam Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı Ayətullah Xamenei çərşənbə axşamı günü İranın nizam-intizam qüvvələrinin komandanı briqada generalı pasdar Hüseyn Əştəriyə ünvanladıqları müraciətdə belə qeyd edib: "Mənim salamımı nizam-intizam qüvvələrinin bütün işçiləri və xidmətçilərinə çatdırın. Bizim əziz xalqımız özünə və ölkəyə xidmət göstərənlərin ardı-arası kəsilməyən səyləri və zəhmətlərinə görə minnətdardır və bu gün qüdrət və mehribanlığı birgə şəkildə İran İslam Respublikasının nizam-intizam qüvvələrində hiss edir və bu qüvvələrin çirkin hərəkətlərlə mübarizə sahəsindəki təşəbbüslərini alqışlayır."

İranda nizam-intizam qüvvələri həftəsi oktyabrın on səkkizindən «Hamı təhlükəsizlik və sağlamlıq uğrunda!» şüarı ilə başlanıb.

Xəbəri paylaş

VİDEOLAR