İslam İnqilabının rəhbəri Fransa prezidentinin əziz İslam peyğəmbərinə (s.ə.s) qarşı hörmətsizliyi fonunda bu ölkənin gənclərinə xitabən bir müraciət ünvanlayıb
Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir, İslam İnqilabının rəhbəri Ayətullah Xamenei sosial şəbəkələrdə fransız dilində yayılan, Fransa gənclərinə xitabən ünvanladığı müraciətdə buyurub: "Prezidentinizdən soruşun niyə ilahi peyğəmbərinə edilən hörmətsizliyi dəstəkləyir və onun ifadə azadlığı kimi dəyərləndirir? İfadə azadlığı budurmu? Nalayiq ifadələr və hörmətsizlik, özüdə müqəddəs və nurlu simalara qarşı? Bu axmaqcasına hərəkət onu prezidentliyə seçən xalqın şüuruna hörmətsizlik deyilmi?"
"Digər bir sual budur; Niyə Holokosta şübhə ilə yanaşmaq cinayət sayılır və bu haqda bir şey yazanlar həbs edilməlidirlər, Lakin Peyğəmbərə hörmətsizlik azaddır", - deyə Ayətullah Xamenei əlavə edib.
Bu yaxınlarda Fransanın jurnallarından biri İslam Peyğəmbəri (s.ə.s) haqqında təhqiramiz karikaturaları bir daha nəşr edib.
Fransa prezidenti Emmanuel Makron da diplomatik normaları və demokratiya prinsiplərinə zidd olan bir açıqlamada, ölkəsinin İslam peyğəmbərinə qarşı təhqiramiz təsvirləri davamlı nəşr edəcəyini söyləyib.
Bir çox İslam və ərəb ölkələri də Fransada əziz İslam peyğəmbəri (s) haqqında təhqiramiz karikaturaların nəşr edilməsi və Makronun onu dəstəkləməsinə etiraz olaraq, aksiya keçirərək və xalq hərəkatlarına başlayaraq, Fransa mallarını boykot etməyə çağırıb, öz hiddət və narahatlıqlarını nümayiş etdiriblər.