İran İslam İnqilabının Rəhbəri Ayətullah Seyid Əli Xamenei İranın keçmiş yol və şəhərsalma naziri Rüstəm Qasiminin vəfatıı ilə bağlı başsağlığı verib.
Az.rasthaber.com xəbər verir ki, Ayətullah Xameneinin başsağlığı mesajında deyilib:
“Cənab Rüstəm Qasiminin vəfatı ilə əlaqədar mərhumun ailəsinə və yaxınlarına başsağlığı verir, ona Allahdan rəhmət və bağışlanma diləyirəm”.
Qeyd edək ki, İranın keçmiş yollar və şəhərsalma naziri Rüstəm Qasimi dekabrın 8-də xəstəliyi səbəbindən 58 yaşında vəfat edib.