Ayətullah Xamenei: Zülmə boyun əyməyəcəyik!

Ayətullah Xamenei: Zülmə boyun əyməyəcəyik!

“İslam İnqilabı xalqın mənəviyyatı ilə yanaşı onların məişət və rifahına da əhəmiyyət verir. İndi düşmənlər etirazlar yaratmaqla xalqla inqilabın arasında məsafə yaratmağa çalışırlar. İndi xalqın inqilaba bağlılığı ilk illərdən daha çoxdur. Bunun nümunəsi olaraq şəhid Qasim Süleymaninin dəfn mərasiminə baxa bilərsiniz.

Biz 43 ildə 50-dən çox seçki keçirmişik. Biz nə zülm edirik, nə də zülmə boyun əyirik.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bunu İran İslam İnqilabının Ali lideri Ayətullah Seyid Əli Xamenei inqilabın banisi mərhum Ayətullah Ruhullah Musəvi Xomeyninin vəfatının 33-cü ildönü ilə bağlı mərasimdə deyib.

Ayətullah Xamenei buradakı çıxışında Ayətullah Ruhullah Musəvi Xomeyninin həyatı yolundan danışıb və onun xalqa və xalqın dəstəyinə verdiyi əhəmiyyətindən söz açıb.

“İmam xalqın dəstəyi ilə inqilab etdi və onun inqilabı nə Şərqi idi və nə də Qərbi”, deyə Ayətullah Xamenei İran İslam İnqilabnın nə zülm etdiyini, nə də zülmə boyun əydiyini vurğulayıb.

Ayətullah Xamenei bu çıxışında son zamanlarda İran neftinin ABŞ və Yunanıstan tərəfindən oğurlanmasına da münasibət bildirib.

O deyib:

"Siz onların psixoloji müharibə taktikalarına aldanmayın. Yunanıstan dövləti ABŞ-ın göstərişi ilə bizim neft gəmimizi saxlayır və nefti oğurlayır. Bizim fədakar əsgərlərimiz də bunun əvəzini çıxırlar. Onların media imperatorluğu bundan sonra təbliğata başlayır və bizi oğru adlandırırlar. Lakin oğru onların özləridir. Biz neftimizi geri almışıq. Haqqın geri alınması haçandan oğruluq olub?! Ona görə siz onların psixoloji müharibəsinə uduzmayın!"

Xəbəri paylaş

VİDEOLAR