Ayətullah Xamenei uranın 60 faiz zənginləşməsinin mümkünlüyünə işarə edib

Ayətullah Xamenei uranın 60 faiz zənginləşməsinin mümkünlüyünə işarə edib

Ayətullah Xamenei dünən axşam Xobreqan Məclisinin sədri və xalqın bu məclisdəki nümayəndələri ilə görüşüb

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, İslam İnqilabının rəhbəri Ayətullah Xamenei dünən axşam Xobreqan Məclisinin sədri və xalqın bu məclisdəki nümayəndələri ilə görüşdə Amerikanın və üç Avropa ölkəsinin İranın nüvə anlaşması öhdəliklərinin azaldılması qarşısındakı ifadələrini zalımcasına, tələbkarcasına, qeyri-ədalətli və yanlış ifadələr adlandırıb.

"İran İslam Respublikası ilk gündən və uzun müddətədək İslam təlimlərinə əsasən, öz öhdəliklərinə əməl etdi, amma elə ilk gündən öz öhdəliklərinə əməl etməyən tərəf, məhz bu dörd ölkə oldu. Buna görə, onlar məsuliyyətə cəlb olunmalıdırlar.

Amerikanın nüvə anlaşmasından çıxdığı və başqalarının da onu müşayiət etdikləri bir halda, Quranın göstərişi budur ki; "Sən də öhdəliyi burax". Bununla belə, bizim möhtərəm dövlətimiz öhdəlikləri buraxmadı və tədricən onların bir hissəsini azaltdı ki, əlbəttə, bu hallar da, onların öz vəzifələrinə əməl edəcəkləri halda, geriyə dönəsidir.", -deyə Ayətullah Xamenei bildirib.

İslam İnqilabının rəhbəri sonra deyib: "Bu arada beynəlxalq sionizmin o təlxəki daim deyir ki; biz İranın nüvə silahı əldə etməsinə yol verməyəcəyik, halbuki ona demək lazımdır ki, əgər İran İslam Respublikasının nüvə silahına nail olmaq qərarı olsaydı, o və ondan böyükləri də buna mane ola bilməzdilər.

İran İslam Respublikasının nüvə silahı düzəltməsinə mane olan məsələ, adi insanların qırğın edilmələrinə bais olan nüvə və ya kimyəvi silahlar kimi hər bir silahın düzəldilməsini "qadağan olunmuş" hesab edən, islami fikir və əsaslardır."

Ayətullah Xameneinin Amerikanın atom bombardmanları zamanı 220 min nəfərin qırğın, həmçinin məzlum Yəmən xalqının mühasirə edilməsi, eləcə də bazar, xəstəxana və məktəblərin qərblilərin düzəltdikləri qırıcılar vasitəsilə bombardman olunmalarını xatırladaraq deyib: "Mülkilərin və günahsız xalqın qırğın edilməsi, amerikalıların və qərblilərin metodudur və İran İslam Respublikası bu metodu qəbul etmir və buna əsasən, nüvə silahı haqda fikirləşmir də.

Amma biz ölkənin ehtiyaclarına uyğun surətdə nüvə qabiliyyətləri əldə etmək üçün əzmkarıq və bu səbəbdən, İranın zənginləşdirmə həddi 20 faiz olmayacaq və ölkəyə lazım olan və ehtyac duyulan yerədək addım atacaq. Məsələn, nüvə işlərini irəlilətmək və ya digər işlər üçün zənginləşdirməni altmış faizə də çatdıara bilərik."

"Əlbəttə, bir neçə illik bir müqavilə qoyulub ki, əgər onlar əməl edərlərsə, biz də elə həmin bir neçə il əməl edəcəyik, amma qərblilər yaxşı bilirlər ki, biz nüvə silahının ardınca deyilik. Nüvə silahı məsələsi bəhanədir. Onlar hətta bizim adi silahlar əldə etməyimizə belə, qarşı çıxırlar, çünki güc komponentlərini İranın əlindən almaq istəyirlər.", -deyə o əlavə edib.

Ayətullah Xamenei sonda deyib: "İran İslam Respublikası nüvə məsələsində də digər məsələlərdə olduğu kimi, geriyə çəkilməyəcək və ölkənin bu gününə və sabahına lazım və məsləhəti olan məsələ istiqamətində qüdrətlə irəliləyəcəkdir."

Xəbəri paylaş

VİDEOLAR