Ayətullah Xamenei təbrizlilərin inqilabdakı rolundan danışıb

Ayətullah Xamenei təbrizlilərin inqilabdakı rolundan danışıb

İslam İnqilabı Rəhbəri Ayətullah Xamenei, Şərqi Azərbaycan əyalətinin əhalisi ilə videokonfrans üsulu ilə görüşdə, bu inqilabın xalqın iştirakı sayəsində zəfərə çatdığını vurğulayıb

Rasthaber Azərbaycan Təbriz Radiosun-a istinadlı məlumatına görə İslam İnqilabının Rəhbəri  Ayətullah Seyid Əli Xamenei Cümə axşamı günü Təbriz xalqının  29 Bəhmən  reallaşdırdığı qiyamın ildönümü ərəfəsində Şərqi Azərbaycan əhalisi ilə videoformat üsulu ilə reallaşdırdığı görüşdə, bu inqilab silah, siyasət və ya siyasi partiyalarla deyil, yalnız xalqın iştirakı ilə zəfərə çatdığını bildirib.

Ayətullah Xamenei, xalqın iştirakının bu inqilabı zəfərə çatdırdığını, bu iştirakın başlanğıc nöqtəsinin isə Təbriz olduğunu önə çəkib.

"Azərbaycan bölgəsinin ən böyük imtiyazlarından biri, xalqının hər zaman Əhli Beyt  bayrağını daşıması oldu; necəki bu bayraq əsrlər boyunca dalğalanmağa davam etdi. Təbriz xalqı inqilab müddətində xalqın meydanlarda hərəkətə keçməsinə vəsilə olan bir addım atdı.", -deyə Ayətullah Xamenei qeyd edib.

Çıxış ızamanı nüvə sazişinə toxunan Ayətullah Xamenei “Dünya nüvə enerjisindən hər gün daha da çox asılılaşır. Gec-tez bizdə də dinc xarakterli atoma kəskin ehtiyac yaranacaq. Əgər biz bu gün bu haqda düşünməsək, sabah artıq gec olacaq“, - deyə bildirib.

İnqilab rəhbəri sonra deyib: “Mənim 2015-2016-cı illərdə Hərtərəfli Birgə Fəaliyyət Planı ilə bağlı qeydlərim sonrakı problemlərə yol verməmək üçün nüvə sazişində müəyyən məqamların nəzərə alınmış olması ilə bağlı idi. O qeydlərin bəziləri nəzərə alınmadı və indi gördüyünüz problemlər yaranıb“

Xəbəri paylaş

VİDEOLAR