Ayətullah Xamenei Talibana çağırış etdi

Ayətullah Xamenei Talibana çağırış etdi

“Əfqanıstanda işin başına keçən cənablar ölkədəki bütün qruplardan istifadə etməklə əhatəli və hamıya şamil olan hökumət təşkil etməlidirlər”

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bunu İran İslam İnqilabının Ali lideri Ayətullah Seyid Əli Xamenei deyib.

Ötən gün Tehranda Tacikistanın prezidenti Emoməli Rəhmonu qəbul edən Ayətullah Xamenei Əfqanıstandakı vəziyyətin hər iki ölkəni narahat etdiyini bildirib və burada əhatəli hökumətin təşkilinə çağırıb.

“İranla Tacikistanın Əfqanıstanla bağlı narahatlığı müştərəkdir. Hər iki ölkə burada terrorun və təkfirçi qrupların genişlənməsindən nigarandırlar”, deyə Ayətullah Xamanei Taliban hərəkatını ölkədə bütün cinahlara şamil olam hökuməti təşkil etməyə çağırıb.

Ayətullah Xamenei həmçinin Tacikistanla İranın çoxsaylı ortaq cəhətlərindən danışıb və iki ölkə əlaqələrinin görünən potensial həddindən aşağı olduunu bildirib.

İslam İnqilabının Ali lideri son zamanlarda İran PUA-larının Tacikistanda istehsalına başlanılmasını əlaqələrin daha da genişləndirilməsi istiqamətində yaxşı başlanğıc olduğunu deyib və bu növ silahların təhlükəsizliyin təmin edilməsində əhəmiyyətindən danışıb.

Xəbəri paylaş

VİDEOLAR