İran İslam İnqilabının Rəhbəri Ayətullah Seyid Əli Xamenei Əhli Sünnənin aparıcı alimləri ilə görüşüb.
Az.rasthaber.com xəbər verir ki, İran İslam İnqilabının Rəhbəri Ayətullah Seyid Əli Xamenei İslami Vəhdət Həftəsi münasibətilə bu gün İranın aparıcı sünnə alimləri ilə görüşüb.
Bu toplantının müsəlmanların birlik və həmrəyliyinin gücləndirilməsi və İslam dünyasının mühüm gündəm məsələlərinin müzakirəsi məqsədi ilə keçirildiyi açıqlanıb.
Ayətullah Xamenei görüş zamanı “İslam ümməti”nin qiymətli şəxsiyyətinin qorunmasının zəruri olduğunu vurğulayıb.
İslam birliyinin əhəmiyyətinə toxunan Ayətullah Xamenei bədxah dairələrin ona zərər vurmağa çalışdıqlarını bildirib və “İslam ümməti”nin unudulmaması lazım olan bir məsələ olduğuna işarə edib.
Ayətullah Xamenei deyib: “Bu, İslam ümmətinin milli kimlikdən kənar əsas məsələsidir və coğrafi sərhədlər İslam ümmətinin həqiqətini və şəxsiyyətini dəyişdirmir”.
Düşmənlərin müsəlmanları öz islami kimliyinə biganə etməyə çalışdıqlarını bildirən Ayətullah Xamenei, “Bir müsəlmanın Qəzzada və ya dünyanın digər bölgələrində başqa bir müsəlmanın əzabına biganə qalması İslamın təlimlərinə ziddir” dedi.
Ayətullah Xamenei sünni alimlərindən islami kimlik və İslam ümməti məsələsinə sadiq qalmalarını istəyib və deyib:
“Düşmənlər ölkəmizdə və digər İslam bölgələrində şiə və sünniləri bir-birindən ayırmağa çalışırlar. Bu fitnələrlə mübarizənin həlli İslam birliyinə arxalanmaqdır. Birlik məsələsi taktika deyil, Quran prinsipidir.".