İslam İnqilabı rəhbəri Ayətullah Seyid Əli Xamenei bəyanat yayıb
Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, İslam İnqilabı rəhbəri Ayətullah Seyid Əli Xamenei "Qüds" güclərinin komandanı Qasim Süleymaninin qətlə yetirilməsilə bağlı bəyanat yayıb.
Bəyanatda deyilir: "İllər boyu dünyanın şər qüvvələri və şeytanları ilə mübarizə və illər boyu Allah yolunda şəhadət arzusu, nəhayət, əziz Suleymanini bu yüksək dərəcəyə çatdırdı və onun pak qanı ən qəddar insan təbəqəsi tərəfindən yerə axıdıldı. Şəhadət bu illər boyu general-leytenant Süleymaninin ardıcıl səylərinin mükafatı idi və onun getməsilə onun işi və onun yolu dayanmayacaq və bağlanmayacaqdır."
Ayətullah Xamenei bu cinayətin cavabsız qalmayacağını qeyd edərək "Süleymani Müqavimətin siması idi. Bütün dostlar, eləcə də bütün düşmənlər bilsinlər ki, müqavimət cihadı xətti ikiqat stimulla davam edəcək və qəti qələbə bu mübarək yolun mübarizlərinin intizarındadır. Bizim fədakar və əziz generalımızın itirilməsi kədərlidir, lakin mübarizənin davam etdirilməsi və yekun qələbəyə nailolma, qatillərin və cinayətkarların cəzalandırılmasını tezləşdirəcək.", -deyə əlavə edib.
İslam İnqilabı lideri daha sonra deyib: "İran xalqı yüksək dərəcəli şəhid general-leytenant pasdar Qasem Süleymaninin və onunla yanaşı olan şəhidlərin, xüsusən İslamın böyük mübarizi- Əbu Məhdi Əlmuhəndisin adları və xatirələrini yad edəcək və mən, ölkədə üç gün ümumi matəm elan edirəm."