Bu gün iyunun 18-i İran İslam İnqilabının Rəhbəri səs verdikdən sonra seçkilərin əhəmiyyətindən danışıb
Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, Ayətullahül Xamenei ölkədə keçirilən seçkilərdə səsini verdikdən sonra bəzi açıqlamalar verib.
O deyib: "Seçki günü İran xalqının günüdür. Bu gün meydanı və səhnəni idarə edən, xalqın özüdür. Xalqı seçki məntəqələrinə axışaraq İranın gələcək illər üçün vəziyyətini və siyasətlərini təyin edir. Xalqın seçkilərdə iştirak etməsi vətəndaşların gələcəyi üçün vacib və konstruktivdir. Bu məntiqlə hamı bu böyük milli sınaqdan keçməli və seçkilərdə fəal iştirak etməlidir. Əgər mən vaxtaşırı xalqı seçkilərdə iştirak etməyə çağırıramsa, ona görədir ki, seçkilərin nəticəsi xalqın özünə qayıdır. Eyni zamanda bu fəallıq ölkəmizə beynəlxalq arenada böyük imtiyazlar qazandırır."
Ayətullah Xamenei "Xalqın səsvermədə öz seçimini etməsi İranın gələcəyi və bütün vətəndaşların həyatı üçün olduqca əhəmiyyətlidir və xalqımız bu hərəkətindən yalnız qazanır. Hər bir səs mühümdür və bunlar yığılıb milyonluq səsi təşkil edir. Tövsiyə edirəm ki, səs verməyə tələsin və günün əvvəl vaxtında səs verin. Ölkənin və xalqın yaxşı gələcəyini düşünün. Bu gün İran xalqının şənlik günüdür və seçkilər xalqımızın xeyrinə olacaq.", -deyə əlavə edib.