İslam İnqilabının Rəhbəri İranın Yəməndəki səfiri Həsən İrlunun vəfatı münasibətilə başsağlığı verib
Rasthaber Azərbaycan İRİB-ə istinadlı məlumata əsasən, İslam İnqilabının Rəhbəri Ayətullah Əl Üzma Seyid Əli Xameneinin müraciətində deyilir:
"İran İslam Respublikasının Yəməndəki mübariz və bacarıqlı səfiri Həsən İrlunun şəhadət kimi vəfatı münasibətilə onun əziz xanədanına və uzunmüddətli mübarizəsinin müxtəlif mərhələlərindəki dostları və həmfikirlərinə başsağlığı verirəm.
Onun iftixarlı dosyası ictimai fəaliyyət, diplomatik səylər və siyasi mübarizələrdən bir məcmuədir. Onun iki qardaşı ondan öncə şəhadətə nail olub. Bu mücahid qardaşa və onun fədakar, gözüaçıq və səbirli ailəsinə Allahın rəhməti olsun."
Qeyd edək ki, İranın Yəməndəki səfiri Həsən İrlu koroanvirusdan vəfat edib.