Ayətullah Xamenei Şeyx Zəkzakini qəbul edib

Ayətullah Xamenei Şeyx Zəkzakini qəbul edib

İran İslam İnqilabının Rəhbəri Ayətullah Seyid Əli Xamenei Tehrana səfər edən Nigeriya İslam Hərəkatının lideri Şeyx İbrahim Zəkzəki və ailəsini qəbul edib.

Az.rasthaber.com xəbər verir ki, görüş zamanı Ayətullah Xamenei Şeyx Zəkzəki və ailəsinin səylərini yüksək qiymətləndirib.

Ayətullah Xamenei işğal olunmuş Fələstində və xüsusilə Qəzzada baş verən hadisələrə toxunaraq deyib:

"Bu gün Fələstində baş verənlər İslamın qüdrətinin təzahürlərindən biridir. Son günlər baş verən hadisələr, xüsusilə qadın, uşaq və kişilərin bombardmanları, şəhadətləri insan qəlbini incitsə də, bu hadisələrin bəziləri Fələstində İslamın inanılmaz gücünü də göstərir. Fələstində başlayan bu hərəkat Uca Allahın lütfü ilə irəliləyəcək və fələstinlilərin tam qələbəsinə səbəb olacaqdır".

İslam İnqilabının Rəhbəri vurğulayıblar ki, İslam dünyasında hər kəs Fələstin xalqına kömək etməlidir.

Dünyada islami fəaliyyətlərin günü-gündən genişləndiyini bildirən Ayətullah Xamenei deyib:

"Bu gün İslami hərəkat Afrika, Asiya, Avropa və Şimali Amerika kimi dünyanın müxtəlif yerlərində yayılmaqdadır və inşallah bu hərəkatın uğurları daha da güclənəcək".

Xəbəri paylaş

VİDEOLAR