4.04.2022 12:07:02
İslam İnqilabının Rəhbəri Ayətulah Xamenei, Ramazan ayını sonsuz ilahi rəhmət süfrəsi və ziyafət ayı kimi dəyərləndirərək, diqqəti Qurani Kərimə yönəltməyin bu ilahi bayramdan bəhrələnməyin mühüm amillərindən biri olduğunu vurğulayıb.
Az.rasthaber.com xəbər verir ki, İslam İnqilabının Rəhbəri İmam Xamenei bazar günü, mübarək Ramazan ayının ilk günündə, Qurani Kərim tilavəti ilə bağlı keçirilən məclisdə Ramazan ayının bərəkətlərinə işarə edərək buyurub:
"Bu nemətlər əslində Allaha yaxınlaşmaq üçün bənzərsiz fürsətlərdir. Ona görə də, xüşu ilə Allahdan bu fürsətdən yararlana bilmək və günahlardan uzaqlaşmaq dilənməlidir"
İslam İnqilabının Rəhbəri daha sonra buyurub:
"İslam əbədi bir dindir, ona görə də Quran da əbədi olmalıdır. Rəsulullahın dini əbədidir. Onun möcüzəsi də əbədi olmalıdır".
Ayətullah Xamenei Qurani-Kərimin əbədi bir möcüzə olduğunu vurğulayaraq bildirib:
"Quran insanların bütün dövrlərdə ehtiyac duyduğu elmi, tərbiyəvi, şəxsi, ailəvi, ictimai, mənəvi, idari məsələləri bütün ölçüləri ilə onlara təqdim etmişdir. Təbii ki, bu maarfiyə çatmağın şərti qəlbləri təmizləmək və ruhu cilalamaqdır. Gənc olanda bunu etmək daha asandır.
Bu gün bizim iranlı qarilərimiz çox keyfiyyətli və sayılıb-seçilən qiraətlər edirlər. Bu da qürurverici bir faktdır.
Qiraət imanı artıracaq şəkildə olmalıdır. Ona görə də qiraəti sırf bir sənət kimi qəbul etməməli, marjinal vəziyyətlərin və ya bəzi ehtirasların, zikr və dəvət xüsusiyyətini kölgədə qoymasına yol verilməməlidir.
Qiraət mühəndisliyi düzgün qiraət melodiyasını tapmaq deməkdir. Bu, dərindən qulaq asanlara təsir edən və onlara ilahi kəlamı yerinə yetirməyə imkan verən üsulun tapılması deməkdir.