İslam İnqilabının Rəhbəri müstəmləkəçi və hegemonçu güclərdən danışıb
Rasthaber Azərbaycan İran mediasına istinadən bildirir ki, İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei biabırçı 1919-cu il müqaviləsinin bağlanmasının ildönümü günü münasibətilə müraciət yayıb.
Müraciətdə deyilir: "Müstəmləkəçi və hegemonçu güclər hakim olmaq istədikləri xalqlarda təhqirolunma hissi yaratmağa çalışırlar. Bunun bir nümunəsi 1919-cu il Vosuqqudduleh müqaviləsi kimi tanınır. Yəni bu təhqir və ümumi alçalma vəziyyətini, xalqın heç bir təsirinin olmamasını ölkədə həyata keçirdilər."
Qeyd edək ki, 1919-cu il avqustun 9-da İranın o zamankı baş naziri Vosuqqudduleh və İngiltərənin o vaxtkı xarici işlər naziri Lord Kurzon məşhur 1919-cu il müqaviləsini imzaladılar.
Bu müqaviləyə görə, İranın bütün hərbi və maliyyə sistemi ingilislərin nəzarəti altına keçir, dəmiryolunun imtiyazı da onlara həvalə olunurdu.