İran İslam İnqilabının Rəhbəri Ayətullah Seyid Əli Xamenei, Həzrət Muhəmməd (s) və İmam Cəfər Sadiqin (ə) mübarək mövludu münasibəti ilə bir çox məhbusları əfv etdi.
Az.rasthaber.com xəbər verir ki, İran İslam İnqilabının Rəhbəri Ayətullah Seyid Əli Xamenei, Həzrət Muhəmməd (s) və İmam Cəfər Sadiqin (ə) mövludu münasibəti ilə hərbi və müxtəlif mülki məhkəmələrdə mühakimə olunan 1862 məhbusun əfv edilməsi, azadlığa buraxılması və ya cəzalarının yüngülləşdirilməsi təklifini qəbul etdi.
İran Məhkəməsinin sədri Qulam Hüseyn Muhseni Ejei Ayətullah Xameneiyə yazdığı məktubda lazımi şərtlərə cavab verən 2284 məhbusun cəzasının yüngülləşdirilməsini və əfv olunmasını təklif edib.