Ayətullah Xamenei İsraillə normallaşan ölkələrə səsləndi

Ayətullah Xamenei İsraillə normallaşan ölkələrə səsləndi

İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei bu gün Həcc və Ziyarət Qurumunun rəsmiləri ilə görüşüb.

Az.rasthaber.com xəbər verir ki, görüşdə Ayətullah Xamenei iranlı zəvvar namizədlərinə xitabən deyib:

"Sizin üçün qapını açan və rahatlıq yaradan ilahi dəvətdir. Bu, heç kimin lütfü deyil". 

Daha sonra Ayətullah Xamenei Həcc və Ziyarət Qurumunun rəsmilərinə müraciət edərək deyib:

"Həcc İslam ümmətinin vəhdətinin təzahürüdür. Bu birliyi qoruyub saxlamaq üçün səy göstərilməlidir. Çünki şiələrlə sünnilər arasında münaqişə yaratmaq ingilislərin hiylələrindən biridir. 

Həcc mərasimi zamanı görüləcək ən mühüm işlərdən biri sionistlərin hiylə və planlarını üzə çıxarmaqdır".

İslam İnqilabının Rəhbəri işğalçı İsrail rejimi ilə münasibətləri normallaşdırmaq üçün addımlar atan ölkələrə xitabən deyib:

"Sionist rejimlə münasibətləri normallaşdırmaq üçün öz millətinin iradəsinə göz yuman və Amerikanın iradəsini yerinə yetirən ərəb və qeyri-ərəb dövlətləri bilməlidirlər ki, bunun rejimin istismarından başqa bir nəticəsi olmayacaq".

Xəbəri paylaş

VİDEOLAR