Az.rasthaber.com "mehrnews"ə istinadən xəbər verir ki, İran İslam İnqilabının Ali lideri Ayətullah Seyid Əli Xamenei şəhid ailələri ilə, o cümlədən də İsrailin İrana qarşı hücumu zamanı şəhid olan iranlı hərbçilərin ailələri ilə görüşüb.
O bəyan edib ki, İsrail səhvə yol verib və "özləri (öz səhvlərini, öz hücumlarının nəticələrini) şişirdirlər".
Ayətullah Xamenei edib ki, İsrailin hücumu nə şişirdilməlidir, nə də ki, kiçildilməlidir.
""Dəhşətli heç nə baş vermədi, bu, mühüm deyil" demək səhvdir", - deyə o qeyd edib.
"İsrail rejiminin İranla bağlı yanlış hesablamalarını (qənaətini) pozmaq (puç) etmək lazımdır. Onlar İranı tanımırlar, onlar İran gəncliyini tanımırlar, onlar İran xalqını tanımırlar, onlar hələ də İran xalqının gücünü, imkanlarını, təşəbbüslərini və iradəsini düzgün dərk etməyiblər; biz onlara bunu göstərməliyik!", - deyə İranın Ali lideri vurğulayıb.
O deyib ki, təhlükəsizlik məsələlərində cəmiyyətin psixoloji təhlükəsizliyini qoruyub saxlamaq olduqca mühümdür, "insanların qəlblərində qorxu və şübhə toxumlarının əkilməsi yolverilməzdir və Quran da bu barədə birbaşa deyir".