İran İslam İnqilabının Rəhbəri Ayətullah Seyid Əli Xamenei Qəzzada baş verən hadisələrlə bağlı deyib: Əgər sionist rejimin qətlləri davam edərsə, heç kim müsəlmanların və müqavimət qüvvələrinin qarşısını ala bilməz.
Az.rasthaber.com xəbər verir ki, İran İslam İnqilabının Rəhbəri Ayətullah Seyid Əli Xamenei bu gün səhər Tehranda İmam Xomeyni (r.ə) Hüseyniyyəsində istedadlı gənclər və tələbələrlə görüşüb.
Ayətullah Xamenei buradakı çıxışında Fələstində baş verən hadisələrə toxunaraq deyib:
"Bütün dünyanın gözü qarşısında olan sionist rejimin soyqırım cinayətidir. İşğalçı Sionist Rejimi müdafiə etmək üçün ölkəmizin səlahiyyətli şəxsləri ilə görüşən bəzi ölkələrin rəsmiləri bu rejimi müdafiə edərək “Niyə fələstinlilər mülki insanları öldürdülər?” sualını verir.
Əvvəla, bu ifadə həqiqətə uyğun deyil və qəsəbələrdə (işğal olunmuş torpaqlarda) yaşayanların hamısı silahlıdır, tutaq ki, onlar dincdirlər, sionistlər Qəzzada yüz dəfə çox dinc əhalini qətlə yetirirlər. Onlar Qəzzada dinc əhalinin yaşadığı izdihamlı mərkəzləri seçib onları vururlar.
İşğalçı Sionist Rejim bu qətllərə görə mühakimə olunmalıdır. Fələstinlilər indiyədək Qəzzada cəmi bir neçə gündə neçə minlərlə insanı itirib! Bu cinayət bütün dünya insanlarının gözü qarşısındadır. Bunları mühakimə etmək lazımdır. İşğalçı sionist rejim tez bir zamanda mühakimə olunmalıdır".
Ayətullah Xamenei deyib:
"Əgər sionistlərin qətlləri davam edərsə, müsəlmanların və müqavimət qüvvələrinin səbri tükənəcək və heç kim onların qarşısını ala bilməyəcək".
Ayətullah Xamenei bildirib:
''Bizdə olan məlumata görə, Sitonist Rejimin son bir həftədə həyata keçirdiyi siyasətlər amerikalılar tərəfindən hazırlanıb; ABŞ son günlər törədilən cinayətlərə görə məsuliyyət daşıyır. “(Qəzzaya) bombardmanlar dərhal dayandırılmalıdır”.
Ayətullah Xamenei Qəzzanın blokadadakı vəziyyəti ilə bağlı deyib:
"Biz hamımız bu gün Qəzzadakı vəziyyətə reaksiya verməliyik. Kimisi acdır, kimisi bombardmana məruz qalır, çox insan şəhid olur. İstər universitet akademiki olsun, istər İslam alimi, həqiqətin arxasınca getməli və onun yanında olmalıdır. Alim və alimlərin bu məsələyə biganə qalması düzgün deyil".
İran İslam İnqilabının Rəhbəri həmçinin deyib:
"Sionist rejim nə edirsə etsin, rüsvayçı məğlubiyyət və uğursuzluğunun əvəzini ödəyə bilməz".