Ayətullah Xamenei: İslam ölkələri sionist rejimlə əlaqələrini kəsməlidir!

Ayətullah Xamenei: İslam ölkələri sionist rejimlə əlaqələrini kəsməlidir!

İslam İnqilabının Rəhbəri Ayətullah Seyid Əli Xamenei müsəlman ölkələrinin sionist rejimlə əlaqələrini kəsməli olduğunu vurğulayıb.

Az.rasthaber.org xəbər verir ki, İran İslam İnqilabının Rəhbəri Ayətullah Seyid Əli Xamenei bu gün səhər saatlarında İmam Xomeyni (r) Hüseyniyyədə Tehran vilayəti Şəhidlər Konqresinin üzvləri ilə görüşüb.

Ayətullah Xamenei burada çıxış edərək İslam ölkələrinə xitab edərək dedi:

"Bəzən İslam ölkələrinin hakimiyyət orqanları (Qəzzə ilə bağlı) yanlış münasibət bəsləyirlər, çünki onlar Qəzzada atəşkəs məsələsini gündəmə gətirirlər ki, bu da onların nəzarətindən kənarda olan və şər sionist düşmənin işğalı altındadır. Müsəlman hakimiyyət orqanları öz yurisdiksiyalarına daxil olan məsələlərə diqqət yetirməlidirlər".

Ayətullah Xamenei dedi:

“Müsəlmanlar sionist rejimin həyati damarını və axınını kəsməyi düşünə bilərlər. İslam ölkələri sionist rejimlə siyasi və iqtisadi əlaqələrini kəsməli və bu rejimə kömək etməməlidirlər".

İslam ölkələrinin Fələstinlə bağlı yanlış mövqeyini tənqid edən Həzrət Ayətullah Xamenei deyib:

“Müsəlman orqanlarının yanlış münasibətinə baxmayaraq, Qurani-Kərimdə də işarə edildiyi kimi, Allah möminlərin yanındadır və Allah harada olursa olsun, zəfər vardır”.

İslam İnqilabının Rəhbəri deyiblər:

"Qəzzə xalqının qələbəsi şübhəsizdir və Allah-taala bu qələbəni çox da uzaq olmayan bir zamanda İslam ümmətinə göstərəcək və bütün müsəlmanlar, xüsusilə Fələstin və Qəzza xalqı özlərini çox xoşbəxt hiss edəcəklər."

Xəbəri paylaş

VİDEOLAR