Ayətullah Xamenei İraqın baş naziri ilə görüşüb

Ayətullah Xamenei İraqın baş naziri ilə görüşüb

İran İslam İnqilabının Rəhbəri Ayətullah Seyid Əli Xamenei bu gün Tehrana səfər edən İraqın baş naziri Məhəmməd Şia əl-Sudani ilə görüşüb.

Az.rasthaber.com xəbər verir ki, İran İslam İnqilabının Rəhbəri Ayətullah Seyid Əli Xamenei bu gün rəsmi təmaslar çərçivəsində Tehrana səfər edən İraqın Baş naziri Məhəmməd Şia əl-Sudani və onu müşayiət edən nümayəndə heyəti ilə görüşüb.

Ayətullah Xamenei İraq hökuməti və xalqının Qəzza xalqını dəstəkləməkdə göstərdiyi yaxşı və güclü rəftarını yüksək qiymətləndirib və vurğulayıb ki, İslam dünyası Qəzza xalqının qətliamını dayandırmaq üçün ABŞ və sionist rejimə siyasi təzyiqlərini artırmalıdır.

İslam İnqilabının Rəhbəri deyib:

"Regionun mühüm ölkəsi olan İraq bu sahədə xüsusi rol oynaya və ərəb dünyası və İslam dünyasında yeni bir xətt yarada bilər".

Ayətullah Xamenei Qəzzədəki acınacaqlı vəziyyətə toxunaraq deyib:

“Sionist rejimin hücumlarının ilk günlərindən bütün dəlillər amerikalıların müharibənin idarə olunmasında birbaşa rolunun olduğunu ortaya qoyur. Müharibə irəlilədikcə ABŞ-ın sionist rejimin cinayətlərinin istiqamətləndirilməsində birbaşa rolunun səbəbləri daha da güclənir.

ABŞ-ın Qəzzada törədilən qətllərdə sionist rejimin şəriki olduğunu bildirən İnqilab Rəhbəri deyib:

ABŞ-dan hərbi və siyasi yardımlar gəlməsə, sionist rejimin fəaliyyətini davam etdirməsi mümkün olmayacaq”.

Xəbəri paylaş

VİDEOLAR