Ayətullah Xamenei çərşənbə günü əmək və fəhlə həftəsi münasibəti ilə 7 istehsal obyekti ilə bir başa videokonfrans
Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, İslam inqilabının rəhbəri sağlam iqtisadiyyatda fəhlənin mövqeyinin və rolunun əhəmiyyətini, fəhlə ilə sahibkar arasındakı qarşılıqlı öhdəliklərin, istehsalın keyfiyyət və kəmiyyətinin eləcə də sərvət istehsalının artmasına olan təsirini vurğulayıb.
Ayətullah Xamenei çərşənbə günü əmək və fəhlə həftəsi münasibəti ilə 7 istehsal obyekti ilə bir başa videokonfransda etdiyi çıxışında fəhlə həftəsi münasibəti ilə bütün fəhlələr və zəhmətkeşləri təbrik edərək istehsal sahəsində ümidverici xəbərləri şirin və cəzbedici adlandırıb.
O bu kimi xəbərlərin geniş miqyasda yayılmasınən lazım olduğunu önə çəkərək deyib: "Fəhlə cəmiyyətinin problemlərinin həlli diqqət mərkəzində durmalı olan önəmli məsələlər sırasında durur."
İslam inqilabının rəhbəri ölkə iqtisadiyyatının məqsədinin sərvət istehsalı və onun insanlar arasında ədalətli bölüşdürülməsi olduğunu bildirərək deyib ki, sağlam iqtisadiyyata nail olmaq üçün fəhlə əsas sütünlar və sərvət istehsalının birinci dərəcəli amilləri sırasında durur.
Ayətullahül-üzma Xamenei bacarıqlı və yenilikçi fəhlənin işin keyfiyyətinin artmasına töhfə verdiyini qeyd edərək "İqtisadi obyektlər və sahibkarlar işçi qüvvənin bilik və məharətinin fəaliyyətdəki payını artırmalı və fəhlə də əlavə məsuliyyət hissi ilə səhlənkarlıq etmədən fəaliyyət göstərməlidir" -deyə əlavə edib.
İranın Ali Dini Rəhbəri fəhlə və sahibkarın iqtisadi inkişaf və tərəqqinin iki əsas prinsipi olduğunu bildirərək "Ədalətli əmək haqqı, intensiv şəkildə ödənilməsi, peşə təhlükəsizliyi, sığorta, təlim, rifah, səhiyyə və müalicə xidmətləri kimi işçinin hüqularının təmin edilməsi vacibdir. Hicri şəmsi ilinin şüarı "isehsalda sıçrayış"dır və İnsanda immun sisteminin viruslarla qarşılaşmaqda önəmli rola malik olduğu kimi, istehsal əlverişli və artımlı olarsa ölkə iqtisadiyyatını təbii və süni viruslar o sıradan sanksiya, neftin qiymətindəki dəyişikliklər və müxtəlif təsiredici amillər qarşısında mühafizə edər", -deyə əlavə edib.
Dövlət dəstəyinin önəminə diqqət çəkən Ayətullah "İstehsala dəstək sadəcə nağd pulu ötürmək deyil, maneələri aradan qaldırmaqla investor, ideya sahibi və istehsalçıya meydanı açmaq lazımdır.", - bildirib.
"Əl-ayağa dolaşan qayda-qanunların ləğv edilməsi, qaçaqmalçılıqla ciddi mübarizə, həddindən artıq idxalat, korrupsiya və idarəçilikdəki qanunsuzluqlarla mübqrizə, mənəvi mülkiyyət hüquqlarına riayət, ziyanlı sövdələşmələrlə mübarizə, zərurət tələb edərsə vergidən azad etmə, zəhmətsiz yollarla əldə olunan sərvətlərə isə vergi tətbiq edilməsi hər üç güc strukturunun üzərində səy göstərməli olduğu zərurət daşıyan fəaliyyətlərdən ibarətdir.", -deyə sonda Ayətullah Xamenei deyib.