İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei, Ekspertlər Məclisinin üzvlərinin qəbulunda İslam məntiqində hakimiyyətin, dünyada mövcud olan idarələrdən fərqləndiyini, indiki səltənət və prezidentlik kimi deyil, əksinə, mənəvi prinsiplərə söykəndiyini bildirib.
Az.rasthaber.com "İRNA"ya istinadən xəbər verir ki, İnqilab Rəhbəri çıxışında bildirib:
"Çətin müharibələrdə köhnə silahlarla döyüşmək olmaz. Günümüzdə qılınc, nizə ilə top, raket və bunun kimi silahlara müqavimət göstərmək olmaz. İnformasiya cihadında da vəziyyət belədir.
Fikrimcə, bu gün ən təsirli silah yüksək islami məfhumların müxtəlif sahələrdə ifadəsidir.
İslam məntiqində hakimiyyət, dünyada mövcud olan idarələrdən fərqlənir. İndiki səltənət və prezidentlik kimi deyil, əksinə, mənəvi prinsiplərə söykənir.
İnformasiya cihadında xalqın maddi inkişaf yolunu dolama və yanlış yollardan ayırmaq lazımdır. Bu cihadın düzgün yerinə yetirilməməsi zamanı dünyanı sevən insanlar dini öz şəhvətlərinə alət edəcəklər. Bunu bilməliyik!"