Ayətullah Xamenei: Haqq Cəbhənin qələbəsi mütləqdir!

Ayətullah Xamenei: Haqq Cəbhənin qələbəsi mütləqdir!

İran İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei İŞİD-lə mübarizədə tökülən qanların hədər getmədiyini bildirib və deyib: Haqq Cəbhənin qələbəsi mütləqdir. Bilin ki, bu gün meydanda at oynadanlar bir gün möminlərin ayaqları altında tapdalanacaqlar.

Az.rasthaber.com xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds” qüvvələrinin mərhum komandiri, general-leytenant Hacı Qasım Süleymaninin şəhadətinin beşinci ildönümü ərəfəsində bu əziz şəhidin ailəsi və silahdaşları, 2020-ci ildə cənazə müşayiəti mərasimində şəhid olmuş şəhidlərin ailələri və keçən il Kermanda yaşanan terror hadisəsində şəhid olanların ailələri, İmam Xomeyni Hüseyniyyəsində ziyarət etdilər. 

Onun bu görüşdəki çıxışının ən mühüm məqamları bunlardır: 

- Cihadda şəhid Süleymaninin rolu əvəzsizdir. 

- Şəhid Süleymaninin xidmətləri siyasi təhsilimizdə qalmalıdır. 

- Şəhid Süleymaninin daimi strategiyası müqavimət cəbhəsini dirçəltmək idi. 

- Müqəddəs məkanların müdafiəsi Hacı Qasım Süleymani üçün bir prinsip idi; O, həmçinin İranı da hərəm adlandırıb. 

- Düzgün təhlil edilmədiyindən, düzgün dərk edilmədiyindən, məsələlərlə bağlı lazımi biliklərin olmamasından bəziləri belə təsəvvür edir, deyirlər, bəlkə də təbliğ edirlər ki, bölgədə baş verən son hadisələrlə hərəmin müdafiəsində tökülən qanlar boşa getdi! Onlar böyük xətanı və bu böyük səhvi edirlər; Əgər bu canlar verilməsəydi və bu mübarizə aparılmasaydı və bu Hacı Qasım Süleymani bu bölgənin dağlarında və səhralarında o cəsarətlə hərəkət etməsəydi və [bu şəhidləri] arxasınca aparmasaydı, bu gün bu müqəddəs ziyarətgahlardan heç bir xəbər olmayacaqdı. 

Haqq Cəbhənin qələbəsi mütləqdir. Bilin ki, bu gün meydanda at oynadanlar bir gün möminlərin ayaqları altında tapdalanacaqlar. 

- Bəzi ölkələr böyük bir səhv edib, sabitlik və nüfuz faktorlarını, yəni dindar gəncləri aradan qaldırsalar, Suriya kimi olacaqlar. 

- Livan və Yəmən müqavimət simvoludur və qalib gələcək.

- Suriya, Suriya xalqınındır, hücum edənlər bir gün qeyrətli suriyalı gənclərin qarşısında geri çəkiləcək. 

- Bu bir neçə ildə baş verən hadisələr və hərəmin müdafiəçiləri İslam inqilabının canlı olduğunu göstərdi.

Xəbəri paylaş

VİDEOLAR