Ayətullah Xamenei: Ermənistan tərəfinin zəbt etdiyi ərazilər azad edilməlidir

Ayətullah Xamenei: Ermənistan tərəfinin zəbt etdiyi ərazilər azad edilməlidir

İnqilab lideri bu gün Məhəmməd Peyğəmbərin (s) və İmam Sadiqin (ə) mövludu münasibətilə çıxış edib

Rasthaberin eastnews.org-a istinadlı verdiyi xəbərə görə, İranın İslam İnqilabının Ali lideri Ayətullah Seyid Əli Xamenei bu gün Məhəmməd Peyğəmbərin (s) və İmam Sadiqin (ə) mövludu ilə bağlı çıxış edib.  

Ayətullah Xamenei çıxışının bir hissəsini Qarabağda gedən döyüşlərə həsr edərək, Ermənistan tərəfindən zəbt edilmiş ərazilərin azad edilməsinin zəruri olduğunu, Azərbaycanın bu məsələdə beynəlxalq qanunlar baxımından haqlı olduğunu bildirib:  

"İranın iki qonşusu arasında baş verən döyüşlər təhlükə yaradır və tez bir zaman ərzində bitməlidir. Məlumdur ki, bu ərazilər Azərbaycanındır və Ermənistan tərəfinin zəbt etdiyi ərazilər azad edilməlidir. Azərbaycan Respublikası bu məsələdə haqlıdır".  

Onun sözlərinə görə, münaqişə ocağına terrorçuların cəlb edilməsi ilə bağlı etibarlı mənbələrdən məlumatlar var və bu terrorçular İran sərhədlərindən uzaq saxlanılmalıdır.  

Ayətullah Xamenei qeyd edib ki, müharibə tərəfləri beynəlxalq sərhədlərin toxunulmazlığını təmin etməlidirlər.

Xəbəri paylaş

VİDEOLAR