Ayətullah Xamenei: Düşmənin qurduğu bütün planlar uğursuzluqla nəticələndi

Ayətullah Xamenei: Düşmənin qurduğu bütün planlar uğursuzluqla nəticələndi

İran İslam İnqilabının Rəhbəri İraqın İrana qarşı icbari müharibəsini imperializmin İran xalqı və İran İslam Respublikası ilə düşmənçilikdəki strateji imperiya siyasətinin nəticəsi adlandırıb.

Az.rasthaber.com xəbər verir ki, Ayətullah Xamenei müdafiə veteranlarının zəhmətlərinin dəyərləndirilməsi mərasimində bildirib:

"Beynəlxalq güclərin qüdrət divanəsi və mənsəbpərəst Səddamı hərtərəfli şəkildə himayə etmələrinə rəğmən, müharibə «İnqilabın coşan qüdrəti, Ayətullah Xomeyninin olduqca təsirli rəhbərliyi və İran xalqının dəyərli xüsusiyyətləri» kimi üç element sayəsində, mütləq və böyük bir təhdiddən böyük bir fürsətə çevrildi".

Müdafiəni ölkənin bu günü və sabahı üçün çox faydalı, mənalı və həyəcanlı bir hadisə adlandıran İran İslam Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı Qərb tərəfindən bu icbari müharibə barədə yayılan sənəd və faktlara işarə ilə, bildirib:

"İranın müharibəyə məcbur edilməsi, beynəlxalq hegemonların İslam İnqilabının qələbəsinə olan təbii reaksiyaları idi və İran xalqının inqilabı sırf olaraq, asılı və pozğun bir rejimin məğlubiyyəti və bir zaman kəsiyində Amerika ilə imperializmə vurulan bir zərbə deyildi, həm də hegemonçuluq sisteminin imperiyasına qarşı bir təhdid idi. Bu təhdidin dərinliyini dərk edən Qərb və Şərqin zalım qüvvələri Səddamı təşviq və təhrik etməklə müharibəni İran xalqına icbar etdilər.

İrana qarşı icbari müharibədə məqsədin, İran xalqının digər xalqlara Amerikadan qorxmamaq və beynəlxalq ayrı-seçkilik və zülm qarşısında müqavimət göstərmək kimi yeni sözləri və müraciətinin ötürülməsinin qarşısını almaq olduğunu bildirən Ayətullah Xamenei deyib:

"Məhz Amerikanın tamahkarlıq, istinad və ümid nöqtəsi sayılan bir ölkədə müstəqil və ilhamverici siyasi quruluşun meydana gəlməsi Amerika və hegemonçular üçün son dərəcə dözülməz idi. Buna görə, çevriliş, Təbəsə hücum və qövmləri təhriketmə kimi uğursuz hərəkətlərdən sonra onlar İran xalqına geniş miqyaslı bir müharibəni icbari etdilər".

İran İslam Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı digər xalqlara ibrət dərsi verməyi, beynəlxalq ekspansinistlərin İrana qarşı icbari müharibəni salmaqdakı məqsədlərindən adlandırıb və əlavə edib:

"Onlar İran xalqını yatırmaqla müqavimətin açılmış qapısını tamamilə bağlamaq istəyirdilər, amma xalq imperializm cəbhəsinin bütün hədəflərini zərərsizləşdirdi və düşmənlərin təsəvvür etdiklərinin əksinə olaraq, özünü yüksəltdi və bir çox fürsətlər yaratdı".

Müxtəlif siyasi, iqtisadi və mədəni məsələlərdə müqavimət prinsipindən istifadəyə işarə edən İslam İnqilabının Böyük Rəhbəri vurğulayıb: "Müqəddəs müdafiənin daxilində isbat edildi ki, düşmənin təhdidləri qarşısında çəkindiricilik və ölkənin qorunması, yalnız müqavimət yolu ilə əldə olunur".

Xəbəri paylaş

VİDEOLAR