İslam İnqilabının Rəhbəri Kohgiluyə və Boyer Əhməd vilayətinin şəhidlər konqresinin təşkilatçıları ilə görüşündə düşmənlərin xalqlara zərbə vurmaq üçün psixoloji müharibəsinə işarə edərək, buyurublar: "Düşmənin əli onların iddia etdikləri qədər dolu deyil".
Az.rasthaber.com xəbər verir ki, Ayətullah Xamenei “Kohgiluyə və Boyer Əhməd” vilayətinin Şəhidlər Konqresinin təşkilatçılarını qəbul edərkən, vurğulayıblar ki, hər bir xalqın düşmənlərinin, xüsusən də bizim dövrümüzdə xalqlara qarşı psixoloji müharibəsinin əsaslarından biri o xalqın düşmənlərinin gücünü və imkanlarını şişirtməkdir və daima bunu aşılamağa çalışıblar ki, Amerikadan qorxun, sionistlərdən qorxun, İngiltərədən qorxun və digər bu kimi varlıqlardan qorxun.
Ayətullah Xamenei əlavə edib:
"Düşmən tərəfindən belə bir psixoloji müharibə texnikası hərbi sahədə istifadə edildikdə, nəticə qorxu və geri çəkilmədir".
İslam İnqilabının Rəhbəri qeyd ediblər ki, siyasi arenada düşmənin imkanlarının şişirdilməsi insanların özünü təcrid olunmuş, zəif və vəziyyətin öhdəsindən gəlməkdə aciz hiss etmələrinə gətirib çıxarır və nəticədə düşmənin tələblərinə təslim olurlar.
İnqilab rəhbəri daha sonra bildirib: "Mədəniyyət sahəsində bu mübaliğə özünü başqa cür göstərir və passivlik hissinə sahib olamq, qarşı tərəfin mədəniyyətinə cəlb olmaq, öz mədəniyyətini təhqir etmək, yad mədəniyyətə bağlılıqdan qürur hissi duymaq kimi müxtəlif formalarda özünü göstərir.
Ayətullah Xamenei daha sonra bildirib ki, İmam Xomeyninin (r.ə) hünərlərindən biri bu idi ki, bu qorxunu xalqların qəlbindən çıxardı. Xalqlara özünə inam və etimad hissi bəxş etdi.