Ayətullah Xamenei: Bu gün bu haqda düşünməsək, sabah artıq gec olacaq

Ayətullah Xamenei: Bu gün bu haqda düşünməsək, sabah artıq gec olacaq

İranın Ali lideri Ayətullah Xamenei 1978-ci ildə baş vermiş Təbriz üsyanının ildönümü münasibətilə çıxış edib.

Az.rasthaber..com IRNA-ya istinadən xəbər verir ki, çıxışı zamanı o nüvə sazişilə bağlı danışıb.

Dünya nüvə enerjisindən hər gün daha da çox asılılaşır. Gec-tez bizdə də dinc xarakterli atoma kəskin ehtiyac yaranacaq. Əgər biz bu gün bu haqda düşünməsək, sabah artıq gec olacaq“, – deyə o qeyd edib.

İranın atom bombası yaratmaq istəməsi ilə bağlı iddialar barədə danışan Ayətullah Xamenei bildirib ki, bu cür əsassız fikirlər səsləndirənlər İranın nüvə proqramının dinc xarakterli olduğunu bilirlər, lakin “boş iddialar səsləndirirlər ki, guya, İran bomba hazırlamağa yaxındır“.

Bir daha İranın nüvə proqramının dinc mahiyyətli olduğunu xatırladan Ali lider vurğulayıb ki, həmin iddiaçılar bunu bilsələr də, İran xalqının gələcəkdə nüvə enerjisinə ehtiyaclı olacağı zamanlarda çətinliklər yaşamasını istəyirlər.

Mənim 2015-2016-cı illərdə Hərtərəfli Birgə Fəaliyyət Planı ilə bağlı qeydlərim sonrakı problemlərə yol verməmək üçün nüvə sazişində müəyyən məqamların nəzərə alınmış olması ilə bağlı idi. O qeydlərin bəziləri nəzərə alınmadı və indi gördüyünüz problemlər yaranıb“, – deyə o əlavə edib.

İslam nizamı və xalq arasında parçalanmaya səbəb olmaq və cəmiyyətin aldadılması üçün düşmən əlindəki 2 vasitədən istifadə edir: iqtisadi düşmənlik və informasiya sahəsindəki düşmənlikdən. Gəncliyimiz, xalqımız buna müqavimət göstərməlidir“, – deyə Aytəullah Xamenei bildirib.

Xəbəri paylaş

VİDEOLAR